[b]Qazaxıstan – Azərbaycan matçının rekordu qırıldı[/b]
25.07.2018 - 14:52
[b]Qazaxıstan – Azərbaycan matçının rekordu qırıldı[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Astana” – “Mityulland” matçında yeni rekord qeydə alınıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu görüşü 23 min azarkeş izləyib.

 

Bu isə cari mövsümün rekordu deməkdi. Buna qədər ən çox azarkeş Qazaxıstan – Azərbaycan matçında toplamışmdı. Ötən ay baş tutan və meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi yoxlama görüşünü tribunadan 22 min 500 fanat izləmişdi.

 

Qeyd edək ki, “Astana Arena”da keçirilən “Astana” – “Mityulland” oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.