[b]“Qəbələ” Macarıstan turnirinə qələbə ilə start verdi [/b]
08.06.2018 - 23:13
[b]“Qəbələ” Macarıstan turnirinə qələbə ilə start verdi

[/b]

Macarıstanda keçirilən 15 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin U-15 komandası Budapeştdə keçirdiyi ilk oyunda yerli “Dinamo Star” klubu ilə üz-üzə gəlib.

 

“Qırmızı-qaralar” bu matçda 2:1 hesablı qələbə qazanıb. Təmsilçimizin qollarına Kamal Kazımov və Ümüd Həmzəyev imza atıblar.

 

B qrupunda mübarizə aparan “Qəbələ” 2-ci oyununu sabah keçirəcək. “Qırmızı-aralar” İtaliyanın “Venetsiya” klubu ilə görüşəcək.