[b]“Qəbələ”də ilk, “Neftçi”də 3638 gündən sonra[/b]
11.07.2018 - 12:21
[b]“Qəbələ”də ilk, “Neftçi”də 3638 gündən sonra[/b]

Avropa Liqasının sabah keçiriləcək I təsnifat mərhələsinin ilk oyunları Azərbaycan klublarından ikisi üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Qəbələ” tarixində ilk dəfə avrokubok matçına yerli mütəxəssisin rəhbərliyi altında çıxacaq.

 

“Qırmızı-qaralar”ı “Proqres”lə görüşə çıxaracaq Sənan Qurbanova qədər komandaya qitə kuboklarında əcnəbilər rəhbərlik edib. 2014/15 mövsümündə rumıniyalı Dorinel Muntyanu, 2015/16, 2016/17 və 2017/18 mövsümlərində isə ukraynalı Roman Qriqorçuk “Qəbələ”ylə Avropa Liqası həyəcanı yaşayacaq.

 

“Neftçi”də isə əks proses müşahidə olunur. Bakılılar 10 ildən sonra qitə kuboklarına əcnəbi məşqçi ilə gedir. “Uypeşt”lə qarşılaşacaq paytaxt təmsilçisi tarixində yalnız bir əcnəbi məşqçi ilə avrokuboklara qatılıb.

 

Bu da 2008-ci ilə təsadüf edib. Antaoli Demyanenko ilə İntertoto kubokunda mübarizə aparan “ağ-qaralar” 10 ildən sonra legionerlə Avropaya gedir. İtaliyalı Roberto Bordinin debütü Demyanenkonun son avrokubok sınağından 3638 gündən sonraya təsadüf edəcək.

 

Belə ki, 2008-ci il iyulun 26-da Rumıniya “Vaslui”si ilə qarşılaşmadan sonra bakılılar qitə miqyaslı turnirlərdə yerli mütəxəssislərə üstünlük verirdi.

0