Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, dünən start götürən ilk oyunlar çərçivəsində daha 6 qarşılaşma baş tutub.
Bu görüşlərdən Azərbaycan azarkeşləri üçün daha çox maraq kəsb edəni Makedoniyada keçirilib. Burada yerli “Rabotniçki” Macarıstan “Honved”i ilə ilk duelə çıxıb. Matç ev sahiblərinin minimalhesablı (2:1) qələbəsi ilə yekunlaşıb.
Bu cütün qalibi növbəti raundda “Qəbələ” ilə üz-üzə gələ bilər. Çünki təmsilçimizin Lüksemburq “Proqres”i ilə duelinin güclüsünün rəqibi məhz “Rabotniçki”ylə “Honved”dən biri olacaq.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
11 iyul
“Banants” (Ermənistan) - “Sarayevo” (Bosniya və Herseqovina) - 1:2
Qollar: Ayvazyan, 34 - Ahmetoviç, 16; Haliloviç, 21
“Rabotniçki” (Makedoniya) - “Honved” (Macarıstan) - 2:1
Qollar: Petkovski, 34; Şarkoski, 60 - Naqi, 45+1
“Vaduts” (Lixtenşteyn) - “Levski” (Bolqarıstan) - 1:0
Qol: Kulibali, 14
“Fola” (Lüksemburq) - “Priştina” (Kosovo) - 0:0
“Klaksvik” (Farer adaları) - “Jalgiris” (Litva) - 1:2
Qollar: Byartalid, 60 (pen.) - Antal, 40; Mbodj, 90+2
“Qlenavon” (Şimali İrlandiya) - “Molde” (Norveç) - 2:1
Qollar: Marşall, 37; Daniels, 59 - Hestad, 36