“Oyun çox yaxşı və məhsuldar alındı. “Astana Arena”ya toplaşan azarkeşlər üçün xoş oldu”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının yarımmüdafiəçi Baktiyar Zaynutdinov deyib.
O, yerli mətbuata açıqlamasında dünən “Astana Arena”da Azərbaycanla keçirilən yoldaşlıq görüşünü dəyərləndirib. Qarşılaşmada son nöqtəni qoyan 20 yaşlı futbolçu üzərində təzyiq hiss etmədiyini vurğulayıb: “Start heyətində yer almamağım məni üzmədi. Baş məşqçi hər şeyi yaxşı bilir. Əsas odu ki, sonradan oyuna qoşuldum, qol vurdum və komandamın vacib qələbəsinə kömək etdim. Meydana çıxandan sonra qol vurmağı çox istəyirdim. Gənc olsam da, üzərimdə təzyiq hiss etmirdim. Çünki komandada çox yaxşı atmosfer var, təcrübəli və ya gənc olmağından asılı olmayaraq, hamı çox rahat idi”.
Qeyd edək ki, Qazaxıstan doğma azarkeşləri önündə millimiz üzərində 3:0 hesablı qələbə qazanıb.