[b]Qolovinin yeni klubu açıqlandı[/b]
27.07.2018 - 17:17
[b]Qolovinin yeni klubu açıqlandı[/b]

Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Qolovin “Monako”ya keçib. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Fransa təmsilçisi rəsmi saytı vasitəsilə yayıb.

 

Bildirilir ki, Moskva MOİK-inin üzvü yeni komandası ilə 5 illik müqavilə bağlayıb. 22 yaşlı orta sahə oyunçusunun keçidi ruslara 30 milyon avro qazandırıb. O, Knyazlıq təmsilçisində 17 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Aleksandr Qolovin 2014-cü ildən bəri formasını geyindiyi MOİK-in heyətində 113 oyun keçirib, 13 qola imza atıb.