Qrem Potter yenidən baş məşqçi postuna qayıdır.
Apasport.az xəbər verir ki, o, vaxtilə uğur qazandığı "Brayton"a dönür.
Roberto de Zerbi ilə yollarını ayıran ingilis klubu Premyer Liqada özünü sübut etmiş 49 yaşlı mütəxəssislə təmasa keçib. 2019-22-ci illərdə "Brayton"un yüksəlişinə töhfə verən Potter yüksək təzminat qarşılığında "Çelsi"yə getmişdi. Amma burada uğursuzluqla üzləşən məşqçi cəmi 31 matçda duruş gətirdi.
Bir ildir işsiz olan Potter bu müddətdə bir neçə təklifi rədd edib. O, cəlbedici layihə gözləyirdi. Belə imkanı ona yenə "Brayton" yaradıb. Tərəflər 4 illik müqaviləyə razılaşıb. Tezliklə rəsmi açıqlama veriləcək.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"