[b]Qrizman qərarını açıqladı[/b]
10.06.2018 - 01:30
[b]Qrizman qərarını açıqladı[/b]

Antuan Qrizman gələcəyi haqqında qərar verib. Apasport.az saytının məlumatına görə, “Atletiko”nun hücumçusu “Barselona”ya keçəcəyi haqqında xəbərlərə münasibət bildirib.

 

O, Fransa millisinin ABŞ-la oyunundan sonra açıqlama verərək klubunda xoşbəxt olduğunu, “Atletiko” ilə Çempionlar Liqasını qazanmaq istədiyini bildirib.

 

Qeyd edək ki, Qrizmanın adı uzun müddətdi ki, “Barselona” ilə birlikdə çəkilirdi.