[b]Qrizmann qərarını açıqlayır: “Barselona”, yoxsa “Atletiko”?
[/b]
12.06.2018 - 12:06
“Atletiko”nun hücumçusu Antuan Qrizmannın gələcəyi hamıda maraq doğurur. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, forvardın Fransa yığmasının bu gün keçirəcəyi mətbuat konfransında yekun qərarını açıqlamaq ehtimalı yüksəkdi.
Daha öncə Qrizmann dünya çempionatının startına kimi karyerası ilə bağlı qərarını ictimaiyyətə açıqlayacağını demişdi.
“Barselona” Qrizmannla yaxından maraqlanır. Bununla belə, fransız futbolçunun, daha çox məvacib təklif edən “Atletiko”da qalmaq ehtimalı da az deyil.
0
0