[b]Qurban Qurbanov: Məcburuq ki...[/b]
25.07.2018 - 23:37
[b]Qurban Qurbanov: Məcburuq ki...[/b]

“Ağır oyun oldu, futbolçular çox güc sərf etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında səfərdə “Kukesi” ilə qarşılaşan çempion Albaniyadan heç-heçə ilə qayıdıb.

 

0:0 hesabı ilə yekunlaşan görüşdən sonra klubun feysbuk səhifəsinə açıqlama verən təcrübəli mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idi, qol buraxmaq istəmirdi. Bir az fərqli sistemdə oynadılar. Məcburuq ki, cavab matçında dəyişikliklər edib, qol vuraq. Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar. Bakıdakı görüşdə mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.