[b]Qurban Qurbanov son qolunu vurduğu rəqibə qarşı: Yenə heç-heçə? [/b]
08.06.2018 - 12:49
[b]Qurban Qurbanov son qolunu vurduğu rəqibə qarşı: Yenə heç-heçə?
[/b]

Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sabah son yoldaşlıq görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız Latviyanın qonağı olacaq.

Toplanış çərçivəsində Qırğızıstana (3:0) qalib gəlib, eyni hesabla Qazaxıstana yenilən futbolçularımızı Riqada daha bir çətin sınaq gözləyir. Matça yeni baş məşqçi ilə çıxacaq latışlarda motivasiya yüksəkdi. Çünki Miksu Patelaynenin yetirmələri bir neçə gün əvvəl “Baltik Kuboku”nu qazanıblar.

Qurban Qurbanovun rəhbərliyi altında 6-cı sınağına çıxacaq millimiz tarixində 4-cü dəfə Latviya ilə üz-üzə gələcək.

Maraqlıdı ki, bundan əvvəlki hər 3 görüş Riqada, yoxlama görüşü çərçivəsində olub. Rəqiblər 1997 və 2002-ci ildə 0:0, 2004-cü ildə isə 2:2 hesablı bərabərliklə kifayətləniblər. 14 il əvvələ təsadüf edən son dueldə yığmamızın ikinci qoluna penaltidən məhz Qurban Qurbanov imza atıb. Bu, həm də onun milli karyerasında sonuncu qolu olub.

 

Komandamız sabah Qurbanovun rəhbərliyi altında ilk səfər qalibiyyətini əldə etməlidi. Belə olarsa, Latviya ilə heç-heçələr seriyasına da son qoyulacaq.

 

Yoldaşlıq görüşü

9 iyun

 

19:00. Latviya – Azərbaycan

Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)

Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)

Riqa, “Dauqava” stadionu