Qurban Qurbanovun “qaraladığı” futbolçudan 4 illik müqavilə
06.06.2018 - 17:22
Qurban Qurbanovun “qaraladığı” futbolçudan 4 illik müqavilə

Azərbaycanlı futbolçu Ayaz Quliyevin taleyinə aydınlıq gəlib. Apasport.az-ın “Rostov”un rəsmi saytına istinadən məlumatına görə, gənc yarımmüdafiəçi karyerasını elə bu klubda davam etdirəcək.

 

Belə ki, 22 yaşlı futbolçu “Rostov”la yeni müqavilə imzalayıb. Anlaşmaya görə, Quliyev qarşıdakı 4 ildə Premyer Liqa təmsilçisinə məxsus olacaq.

 

Qeyd edək ki, Rusiyanın U-21 komandasına çağırılan Ayaz Quliyev Azərbaycan millisinin maraq dairəsindədi. Yığmamızın baş məşqçisi Qurban Qurbanov onu izlədiklərini bildirib.