[b]Qurban Qurbanovun yay semestri[/b]
10.06.2018 - 15:16
[b]Qurban Qurbanovun yay semestri[/b]

Azərbaycan millisi Millətlər Liqası öncəsi son təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov bu toplanışa 27 futbolçu dəvət etmişdi.

Yalnız Riçard Almeyda zədə ucbatından heyətdən uzaqlaşdırılmışdısa, Qurbanov baş tutan 3 qarşılaşmada 23 oyunçuya şans verib.

Çalışdırıcı həm Qırğızıstan (3:0), həm Qazaxıstan (0:3), həm də Latviya (3:1) ilə qarşılaşmalarda 11 nəfərə meydana çıxmaq imkanı verib. Onlardan Araz Abdullayev, Maksim Medvedev, Qara Qarayev və Ruslan Abışov hər 3 qarşılaşmada start heyətində yer alıb. Meydanda olduğu dəqiqə sayı baxımından Qurbanovun ən çox güvəndiyi futbolçu Qara olub. 2 matçı əvəzedilmədən keçirən “Qarabağ”ın yarımmüdafiəçisi yalnız Qırğızıstanla oyunun sonuna 11 dəqiqə qalmış kənara çəkilib. Maksim 2, Arazla Ruslan isə 1 matçda başdan sona qədər meydanda olub. Hər 3 qarşılaşmanın iştirakçılarından Coşqun Diniyev və Rahil Məmmədov heç birində ilk “onbirlik”də yer almayıb.

Bu qarşılaşmalarda qəribə də olsa, millimizin ən məhsuldar oyunçusu müdafiəçi Maksim Medvedev olub. Mərkəz müdafiəçisi qismində çıxış edən “Qarabağ”ın üzvü Qırğızıstan və Latviya ilə görüşlərdə hesabı açmaqla, qələbənin təməlini qoyub. Ürfan Abbasov, Cavid İmamverdiyev, Mahir Mədətov və Emin Mahmudov isə hərəyə 1 dəfə fərqləniblər.

Qurbanov cəmi 3 futbolçuya oynamaq imkanı verməyib. Bunlar Anar Nəzirov, Ufuk Budak və Slavik Alxasovdu. İlk iki oyunçu hər 3 görüşdə ehtiyatda qalıbsa, Slavik cəmi 1 qarşılaşmanın iştirak ərizəsinə düşüb.

 

Qara Qarayev

3

259

0

0

1

0

Ruslan Abışov

3

244

0

0

0

0

Maksim Medvedev

3

225

2

0

0

0

Araz Abdullayev

3

225

0

0

0

0

Ürfan Abbasov

3

201

1

0

0

0

Namiq Ələsgərov

3

169

0

0

0

0

Cavid İmamverdiyev

3

166

1

0

1

0

Ramil Şeydayev

3

166

0

0

0

0

Mahir Mədətov

3

131

1

0

0

0

Coşqun Diniyev

3

77

0

0

0

0

Rahil Məmmədov

3

65

0

0

0

0

Kamran Ağayev

2

180

-4

0

0

0

Pavel Paşayev

2

177

0

0

0

0

Emin Mahmudov

2

157

1

0

0

0

Təmkin Xəlilzadə

2

114

0

0

1

0

Dmitri Nazarov

2

77

0

0

0

0

Rəhman Hacıyev

2

26

0

0

0

0

Səlahət Ağayev

1

90

0

0

0

0

Ruslan Qurbanov

1

72

0

0

0

0

Cavid Hüseynov

1

63

0

0

0

0

İlqar Qurbanov

1

45

0

0

0

0

Amil Yunanov

1

32

0

0

0

0

Bədavi Hüseynov

1

9

0

0

0

0

Anar Nəzirov

0

0

0

0

0

0

Ufuk Budak

0

0

0

0

0

0

Slavik Alxasov

0

0

0

0

0

0