[b]Qvardiola Turenin cavabını verdi: Yalandı[/b]
10.06.2018 - 14:03
[b]Qvardiola Turenin cavabını verdi: Yalandı[/b]

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola sabiq futbolçusu Yaya Turenin ittihamlarına cavab verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssis yarımmüdafiəçinin onun barədə dediklərinin doğru olmadığını söyləyib.

Qvardiola “Marca”ya qısa açıqlamasında heç vaxt irqçiliyə yol vermədiyini vurğulayıb: “İrqçilik ittihamları – yalandı və bunu Yaya özü də bilir. Biz onunla iki il birlikdə çalışdıq. Ancaq indi ona heç vaxt işlətmədiyim sözlər dediyimi iddia edir”.

Qeyd edək ki, Yaya Ture qaradərili olduğu üçün Pep Qvardiolanın ona qarşı fərqli münasibət göstərdiyini iddia edib.