“Rakuv” öz meydanında uduzdu
23.08.2023 - 01:04
“Rakuv” öz meydanında uduzdu

Çempionlar Liqasında pley off-mərhələsinin ilk oyunlarına start verilib.

Apasport.az saytı xəbər verir ki, günün ən məhsuldar matçı Qlazqoda qeydə alınıb.

“Reyncers” öz meydanında PSV-nin müqavimətini qıra bilməyib. Qlazqolular iki dəfə hesabda önə keçsələr də, qonaq komanda rəqib meydanından sərfəli nəticə ilə dönməyi bacarıb.

“Qarabağ”ı mübarizədən kənarlaşdıran “Rakuv” öz meydanında uduzub. Oyunun startında meydan sahibləri avtoqol nəticəsində hesabda geri düşüblər. Qalan dəqiqələrdə Polşa çempionunun səyləri səmərəsiz qalıb.

“Antverpen” isə öz meydanında AEK-ə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu gün mərhələnin daha üç oyunu keçiriləcək.

Çempionlar Liqası
Pley-off, ilk oyunlar
22 avqust

“Reyncers” (Şotlandiya) – PSV (Hollandiya) – 2:2
“Rakuv” (Polşa) – “Kopenhagen” (Danimarka) – 0:1
“Anverpen” (Belçika) – AEK (Yunanıstan) – 1:0
 

0