[b]Ramil Şeydayevin “Mattersburq”a keçidi niyə ləngiyir?[/b]
13.06.2018 - 10:20
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Avstriya klubu “Mattersburq”a keçidinin ləngimə səbəbi müəyyənləşib. Apasport.az-ın yerli mətbuata istinadən məlumatına görə, avstriyalılar futbolçunun transfer vərəqəsini gözləyir.
Belə ki, Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsus olduğundan, Türkiyə klubu sərbəst qalma sənədini Avstriyaya hələ göndərməyib. Bu isə müəyyən vaxt tələb edir. Transfer vərəqəsi göndərildikdən sonra Şeydayev rəsmən “Mattersburq”un oyunçusu olacaq.
Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirib.
0
0