Ramos İspaniya klubu ilə anlaşmağa yaxındır
24.05.2024 - 14:33
Ramos İspaniya klubu ilə anlaşmağa yaxındır

"Sevilya"nın mərkəz müdafiəçisi Serxio Ramos İspaniya çempionatında qala bilər.

Apasport.az "Todofichajes" portalına istinadla xəbər verir ki, 38 yaşlı futbolçu "Sevilya" ilə yeni müqavilə imzalamağa yaxındır.

Tərəflər arasında mövcud müqavilə 2024-cü ilin iyunun sonunda başa çatır. Serxio klubla yeni 1 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, Ramos ötən ilin sentyabrında azad agent kimi PSJ-dən “Sevilya”ya keçmişdi. İspaniya çempionatının bu mövsümündə müdafiəçi 27 matçda iştirak edib, 3 qol vurub.
 

0