Raul Qarsiya La Liqada 600-cü matçını keçirib
13.02.2024 - 09:36

İspaniya çempionatının 24-cü turunda "Almeriya" və "Atletik" matçı qolsuz bərabərliklə başa çatıb.
Apasport.az xəbər verir ki, qarşılaşma "Atletik"in veteranı Raul Qarsiya üçün əlamətdar olub.
O, İspaniya çempionatında 600-cü matçını keçirib.
Yalnız 2 futbolçu İspaniya çempionatında Rauldan daha çox oyun keçirib - əfsanəvi keçmiş "Barselona" və "Valensiya"nın qapıçısı Andoni Zubizarreta, eləcə də hücumçu Xoakin, hər ikisi 622 matç keçirib.
0
0