"Trabzonspor"un U-19 komandasının qapıçısı Onuralp Çevikkan karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Real Madrid" türk qolkiperi transfer etmək istəyir.
Bu barədə "AS" nəşri məlumat yayıb.
"Kral klubu" Onuralp Çevikkanı Tibo Kurtuanın uzunmüddətli davamçısı kimi düşünür.
"Real"ın yaxın zamanda 19 yaşlı futbolçu üçün Türkiyə klubu ilə danışıqlara başlayacağı bildirilir.
Xatırladaq ki, "Trabzonspor" Onuralp Çevikkanı 2023-cü ilin yayında "Altınordu" akademiyasından transfer edib.
Qeyd edək ki, futbolçu "Trabzonspor"un U-19 komandasında çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
- “Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu