"Real Madrid" ulduz hücumçunu İngiltərə nəhənglərinə sata bilər
22.05.2024 - 14:21
"Real Madrid" ulduz hücumçunu İngiltərə nəhənglərinə sata bilər

İngiltərə Premyer Liqasının 3 top klubu "Real"ın hücumçusu ilə güclənmək istəyir.

Apasport.az xəbər verir ki, söhbət braziliyalı hücumçu Rodriqodan gedir.

"Kral" Klubunun hücumçusu ilə Londonun “Arsenal”, “Mançester Yunayted” və “Liverpul” klubları maraqlanır. Bu klublar yay "transfer pəncərəsi"ndə futbolçu üçün yarışacaq. Potensial transfer qiyməti 100 milyon avro ola bilər.

Rodriqonun "Los Blancos" ilə 2028-ci ilin yayına qədər müqavilə öhdəlikləri var. Cari La Liqa mövsümündə 23 yaşlı braziliyalı 33 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

0