“Real” “Milan”dan futbolçusunu qaytarır
25.05.2023 - 15:48
Madrid “Real”ı sabiq futbolçusunu geri qaytarmağa hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisi “Milan”da oynayan müdafiəçi Teo Ernandesi yeni transfer etməyə çalışır.
“Kral klubu” yayda komandanı tərk edəcək Ferlan Mendinin yerini məhz 2017-2019-cu illərdə klubun şərəfini qorumuş Ernandeslə doldurmağı planlaşdırır. İspanlar 25 yaşlı fransalının geri qaytarılması üçün Milan rəsmiləri ilə görüşmələrə başlayıb.
Qeyd edək ki, bu mövsüm 43 matçda 4 qol vuran Teo 5 məhsuldar ötürmə ilə də yadda qalıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0