“Real” qapıçı alır
25.03.2023 - 16:05
“Real” qapıçı alır

“Real” yeni qapıçı almağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Bart Verbruggeni transfer etmək istəyir.

Niderland millisinin 21 yaşlı qapıçısı hazırda “Anderlext”in formasını geyinir. “Real” bu keçidi yayda reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Madrid klubu əsas qapıçısı Tibo Kurtuaya gələcək əvəzləyici axtarır.

0