[b]"Real" qapıçıya görə 100 milyon xərcləməyə hazırdı[/b]
07.06.2018 - 18:30
[b]"Real" qapıçıya görə 100 milyon xərcləməyə hazırdı[/b]

“Atletiko”nun qolkiperi Yan Oblak iş yerini dəyişər bilər. Apasport.az saytının “A Bola”ya istinadən məlumatına görə, “Real” sloveniyalı qolkiperin keçidində maraqlıdı.

“Kral klubu” Oblakın müqaviləsində göstərilən sərbəst qalma məbləğini – 100 milyon avronu ödəmək niyyətindədi. Bu barədə yekun qərar yeni baş məşqçinin kimliyi müəyyənləşdikdən sonra veriləcək.

Qeyd edək ki, Oblak 4 il öncə “Benfika”dan 16 milyon avro qarşılığında “Atletiko”ya keçmişdi.