[b]"Real" yeni transferini təqdim etdi[/b]
23.07.2018 - 17:10
[b]"Real" yeni transferini təqdim etdi[/b]

“Real”ın yeni futbolçusu Andrey Lunin rəsmən ictimaiyyətə təqdim olunub. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, 19 yaşlı qapıçı prezident Florentino Pereslə birlikdə müqaviləyə imza atıb.

 

Daha sonra Lunin ispan dilində yazılmış məktubu oxuyaraq azarkeşləri salamlayıb.

 

Qeyd edək ki, “Real” ukraynalı qolkiperə görə “Zarya”ya 8,5 milyon avro ödəyib. Müqavilədə həmçinin 4 milyon avro dəyərində bonus miqdarı da nəzərdə tutulub.

0