[b]“Real” Zidanı sabiqlərdən biri ilə əvəzləmək istəyir[/b]
06.06.2018 - 16:53
[b]“Real” Zidanı sabiqlərdən biri ilə əvəzləmək istəyir[/b]

“Real” baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının “As”a istinadən məlumatına görə, Madrid klubu son olaraq sabiq oyunçuları Fernando Yerro və Miçel Qonzalesə elçi düşüb.

 

Maurisio Poçettino (“Tottenhem”), Yulian Naqelsmann (“Hoffenhaym”), Massimiliano Alleqri (“Yuventus”), Yoahim Löv (Almaniya millisi) və Yurgen Klopp (“Liverpul”) daha öncə müxtəlif səbəblərdən “Real”ın təklifini qəbul etməmişdilər. Yüksək səviyyəli məşqçilərin təyinatı məsələsində problem yaşayan “kral klubu” bu səbəbdən keçmiş futbolçularına yönəlmək qərarına gəlib. İlk olaraq Qutinin adı Madrid klubu ilə hallansa da, artıq Miçel və Yerro da bu siyahıya əlavə olunub.

 

Yerro 2014-15 mövsümündə Karlo Ançelottinin köməkçisi olub. 2016-cı ildə “Ovyedo”ya başçılıq edən Fernando hazırda İspaniya Futbol Federasiyasında idman direktoru vəzifəsini tutur.

 

Miçel isə 2006-07 mövsümündə “Real Kastilya”nı çalışdırıb. İspaniyalı mütəxəssisin sonuncu iş yeri isə ötən mövsüm Sequndaya düşən “Malaqa” klubu olub.

 

Qeyd edək ki, Zinəddin Zidan mövsümün ardından “Real”ın baş məşqçisi postundan istefa verdiyini açıqlamışdı.