"Real"ın avtobusu qəzaya düşdü
13.02.2024 - 09:59
"Real"ın avtobusu qəzaya düşdü

İspaniya nəhəngi "Real Madrid" Çempionlar Liqasının son 16 turunun ilk oyununda "Leypsiq"lə oyun üçün Almaniyaya yollanıb.

Apasport.az xəbər verir ki, "Real"ın komanda avtobusu matçın keçiriləcəyi şəhərə gedərkən yol qəzası keçirib.

Komanda avtobusu minik avtomobili ilə toqquşub. Bildirilib ki, avtomobilin sürücüsü hərəkət zolağını dəyişərkən səhv edib və avtobusu vurub.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb. 

0