"Real"ın iki ulduzu üçün il başa çatdı
09.12.2023 - 20:19
"Real"ın iki ulduzu üçün il başa çatdı

Eduardo Kamavinqa və Vinisius Junior bu il bir daha yaşıl meydanlara çıxa bilməyəcəklər.

Apasport.az xəbər verir ki, bu haqda Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti məlumat verib.

İtaliyalı mütəxəssis “kral klubu”nun hər iki futbolçusunun zədədən əziyyət çəkdiyini bildirib: "Düşünürəm ki, gələn ilə qədər gözləməliyik, lakin çempionat fasiləsindən qayıdanda hər iki futbolçu məşq etməyə hazır olacaq".

Qeyd edək ki, Vinisius noyabrın 16-da Kolumbiya-Braziliya matçında (2:1) sol budunu, Kamavinqa isə Fransa millisi ilə məşq zamanı sağ dizinin xarici girov bağını zədələyib.

0