[b]“Real”ın yeni baş məşqçisi müəyyənləşdi[/b]
12.06.2018 - 19:59
[b]“Real”ın yeni baş məşqçisi müəyyənləşdi[/b]

İspaniyanın “Real” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisini Xulen Lopeteqi çalışdıracaq.

 

İspaniya millisinin baş məşqçisi ilə 3 illik müqavilə imzalanıb. O, DÇ-2018-dən sonra yığmanı “Kral klubu”na dəyişəcək.

 

Qeyd edək ki, “Real” fransalı Zinəddin Zidanın postunu tərk etməsindən sonra baş məşqçisiz qalmışdı.