“Real”la “Barselona”nın ortaq hədəfi
18.10.2022 - 22:55
“Bavariya”nın futbolçusu Alfonso Devis İspaniya klublarının maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, kanadalı müdafiəçi La Liqa nəhənglərinin transfer siyahısında yer alıb.
“Real”la “Barselona” 21 yaşlı futbolçunu yayda heyətinə qatmaq arzusundadır. 2018-ci ildən “Bavariya”da çıxış edən Devis dörd dəfə Almaniya çempionu olub, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.
Qeyd edək ki, Alfonso cari mövsüm 13 matça çıxıb və 2 assistə imza atıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
1
0