[b]Rekord üçün çatmayan 1 qol[/b]
10.06.2018 - 21:23
[b]Rekord üçün çatmayan 1 qol[/b]

Yoldaşlıq görüşündə Latviya üzərində 3:1 hesablı qələbə qazanan Azərbaycan yığması mütləq rekord şansını əldən verib. Apasport.az saytının məlumatına görə, bunun üçün komandamızın 1 qolu çatmayıb.

Belə ki, Latviya millimizin səfərdə qapısından 3 top keçirdiyi komandalardan biri olub. Bu da rekordun 5-ci dəfə təkrarlanması deməkdi.

1992-ci ildə Gürcaanidə Gürcüstana yenilən yığmamız həmin vaxt rəqibi 3 dəfə mərkəzə dəvət edib – 3:6. Növbəti belə qarşılıqlı qollar 2003-cü ilə təsadüf edib. Dubayda Birləşmiş Ərəb Əmirliklərinin qonağı olan milli 3:3 hesablı bərabərliyə nail olub. Azərbaycan seçməsi 2004-cü ildə Almatıda Qazaxıstan, 2007-ci ildə isə Düşənbədə Tacikistanı eyni hesabla məğlub etməyi bacarıb – 3:2.

Bu qarşılaşmaların hər biri dünənki kimi, yoldaşlıq görüşü olub.