[b]Renat Dadaşovun müqavilə müddəti açıqlandı[/b]
12.06.2018 - 12:33
[b]Renat Dadaşovun müqavilə müddəti açıqlandı[/b]

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Eştoril”lə imzaladığı müqavilənin detalı açıqlanıb. Apasport.az saytının ojogo.pt nəşrinə istinadən məlumatına görə, gənc hücumçu qarşıdakı iki mövsümü Portuqaliyanın II liqa təmsilçisində keçirəcək.

Bu mövsüm aşağı dəstəyə yuvarlanan komanda iki oyunçunu transfer edib ki, bunlardan digəri də müdafiəçi Pedro Keyruşdu. “Eştoril” 19 yaşlı Renatla 2 illik, 33 yaşlı Keyruşla isə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Renat Dadaşovun son klubu “Ayntraxt” olub. Hücumçunun Bundesliqa təmsilçisi ilə 2020-ci ilə qədər müqaviləsi olsa da, intizamsız davranışlara görə, rəhbərlik onunla anlaşmaya xitam verib.