Renatın transferində "Hatayspor" üçün iki problem 
23.06.2024 - 13:26
Renatın transferində "Hatayspor" üçün iki problem 

Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun yeni mövsümə hansı komandada başlayacağı hələ ki, bəlli deyil. Əslində isə onu heyətinə qatmaq istəyən əsas komanda “Hatayspor”dur. Belə ki, ötən mövsüm bu klubda icarə əsasında oynamış Renat özü də, keçidə müsbət baxıb. Lakin iki problem bu keçidin reallaşmasına hələ ki, mane olur.

Apasport.az saytına verilən məlumata görə, “Hatayspor” Renatın transferi üçün “Qrasshopper”lə danışıqlara start verib. Lakin təzminat məbləğini yüksək gördüyü üçün hələ ki, danışıqlar yarımçıq qalıb. Türkiyə klubunu düşündürən digər məsələ isə legioner limitidir. Belə ki, ötən mövsüm Superliqa və birinci liqada azərbaycanlı futbolçular yerli statusunda oynayırdısa, artıq bu mövsüm vəziyyət də dəyişib. Artıq azərbaycanlı futbolçular da Türkiyədə legioner kimi çıxış edəcək. “Hatayspor” isə Dadaşovdan yerli statusunda faydalanmaq istəyirdi.

Qeyd etdiyimiz iki problemə görə, Dadaşovun “Hatayspor”a keçid ehtimalının çox aşağı olduğu bildirilir. Lakin onun Türkiyəyə yenidən qayıtması mümkündür. Belə ki, birinci liqadakı "Kocaelispor" onun transferində maraqlıdır. Bununla yanaşı, Avropanın bir neçə komandası da millimizin forvardını heyətinə qatmaq istəyir.

0