Reşford “Mançester Yunayted” sadiq qaldı
18.07.2023 - 21:57
Reşford “Mançester Yunayted” sadiq qaldı

“Mançester Yunayted” və Markus Reşford arasında yeni müqavilə imzalanıb.

Apasport.az saytının məlumatına görə, anlaşma 2028-ci ilə yayınadək nəzərdə tutulub.

Klubun akademiyasında yetişən Markus əsas komandada 2016-cı ildə debüt edib. Hücumçu “qırmızı şeytanlar”ın heyətində 359 oyunda 123 qol vurub.

Qeyd edək ki, Reşford qitənin bir çox klubların da dəvət alsa da, doğma komandada qalmaq qərarını verib.

0