Fransa millisinin sabiq futbolçusu Frank Riberi karyerasını bitirib.
Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçinin özü açıqlayıb.
“Bavariya”dakı çıxışları ilə tanınan Frankın son komandası “Salernitana” olub. İtaliya təmsilçisi onunla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam versə də, fransalı bu klubda qalacaq. Ona “Salernitana”da vəzifə veriləcək.
Qeyd edək ki, “Bavariya”, həmçinin “Qalatasaray”, “Fiorentina” və “Marsel” kimi klublarda oynamış Frank 9 dəfə Almaniya çempionu, 6 dəfə kubokun sahibi, Liqa kuboku,, Çempionlar Liqası, UEFA Superkubokunun qalibi, klublararası dünya çempionu adını qazanıb. 5 dəfə ölkə Superkubokuna sahib çıxan Riberi Fransa yığması ilƏ DÇ-2006-nın gümüş medalını əldə edib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir