[b]“Roma” Alisona əvəzləyici tapıb[/b]
10.07.2018 - 01:37
[b]“Roma” Alisona əvəzləyici tapıb[/b]

Əsas qapıçısı Alison Bekker bir çox Avropa klublarının diqqət mərkəzinə düşən “Roma” heyətinə yeni “çərçivə qoruyucusu” cəlb edib. Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi Braziliyanın “Palmeyras” klubundan Daniel Fuzatonu transfer edib.

 

21 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, ötən gün baş tutan təqdimatda Fuzatonun yeni klubunda 63 nömrəli forma geyinəcəyi açıqlanıb.

 

0