"Roma" "Bavariya"ya üz tutdu
10.07.2023 - 12:04
"Roma" "Bavariya"nın yarımmüdafiəçisi Marsel Sabitzeri icarəyə götürməyə hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, İtaliya klubu 29 yaşlı avstriyalı futbolçunu gözaltı edib.
A seriyası təmsilçisi oyunçunun icarəsi üçün almanlarla danışıqlara başlayıb. Romalılar müqaviləyə birdəfəlik transfer hüququna yiyələnməyi də daxil etməyə hazırdırlar. Münhen klubunun rəhbərliyi isə futbolçunun satılmasını hədəfləyir.
Qeyd edək ki, Sabirzer ötən mövsüm icarə əsasında “Mançester Yunayted”də çıxış edib.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0