“Roma” hücumçu gətirir
01.08.2023 - 09:41
“Roma” hücumçu gətirir

“Atalanta”nın futbolçusu Duvan Sapata klubunu dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, hücumçu “Roma”ya keçə bilər.

Berqamo təmsilçisi 32 yaşlı forvardla vidalaşmağa hazırdır. Futbolçunun özü də keçidin tərəfdarıdır.

Qeyd edək ki, Sapata 2020-ci ildən “Atalanta”da forma geyinir. Onun müqaviləsi 2024-cü ildə başa çatacaq.

0