“Atalanta”nın yarımmüdafiəçisi Brayan Kristante karyerasını “Roma”da davam etdirəcək. Apasport.az saytının paytaxt klubunun tvitter hesabına istinadən məlumatına görə, 23 yaşlı futbolçu icarə əsasında iş yerini dəyişib.
“Roma” Kristantenin icarəsi üçün 5 milyon avro ödəyib. Anlaşmaya əsasən, “canavarlar”ın 2019-cu ilin yayında 15 milyon avro qarşılığında xavbekin transfer haqlarını satın almaq hüququ var.
Həmçinin Kristantenin çıxışından asılı olaraq, “Roma” “Atalanta”ya 10 milyon avro bonus da ödəyə bilər.
İtaliya A Seriyasının geridə qalan mövsümündə 36 matçda meydana çıxan Brayan Kristante 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.