Ronaldinyonun peşmanlığı
01.10.2022 - 22:52
Ronaldinyonun peşmanlığı

Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo karyerası ilə bağlı peşmanlığını dilə gətirib.

Apasport.az saytının məlumatına görə, “Barselona”, “Milan”, PSJ kimi klublarda çıxış etmiş “sambaçı” Fransa klubunda daha uzun müddət qalmalı olduğunu düşünür.

O, bunun özündən asılı olmadığını da etiraf edib: “PSJ-dəki ən pis xatirəm odur ki, komandada daha çox qalmadığım üçün təəssüflənirəm. Bu, həqiqətən də, başıma gələn ən pis hadisədir. Oyun fərqli formasiyalarla qurulsaydı, qalardım. Amma yenə də sonda xoşbəxt olduğum böyük kluba getdim”.

Qeyd edək ki, Ronaldinyo 2001-2003-cü illərdə PSJ-də çıxış edib, orada keçirdiyi 55 oyunda 17 qol vurub.

0