[b]Ronaldo “Barselona”nın futbolçusu ilə birlikdə oynamaq istəyir[/b]
24.07.2018 - 13:42
“Barselona”nın yarımmüdafiəçisi Andre Qomeş karyerasını “Yuventus”da davam etdirə bilər. Apasport.az saytının “Don Balon” nəşrinə istinadən məlumatına görə, yeni transfer Kriştiano Ronaldo həmyerlisini “qoca sinyora”nın heyətində görmək istəyir və bu barədə istəyini rəhbərliyə çatdırıb.
Ronaldo 24 yaşlı futbolçunun onunla birlikdə formasını bərpa edəcəyinə inanır.
Qeyd edək ki, Andre Qomeşin adı “Tottenhem” və “Çelsi” ilə birgə hallanır.
0
0