Ronaldo Messi ilə görüşə gəlməyəcək
01.02.2024 - 09:16
Ronaldo Messi ilə görüşə gəlməyəcək

Futbolsevərlərin maraqla gözlədiyi növbəti Ronaldo-Messi qarşıdurması baş tutmayacaq.

Apasport.az xəbər verir ki, bu barədə açıqlama portuqaliyalı ulduzun formasını geyindiyi “Əl Nəsr” klubundan gəlib.

Səudiyyə Ərəbistanı təmsilçisinin baş məşqçisi Luis Kastro hücumçunun zədəsini sağaltmaq üçün son mərhələdə olduğunu bildirib. O, Lionel Messinin şərəfini qoruduğu “İnter Mayami” ilə yoldaşlıq oyununda Kriştianonun meydana çıxmayacağını bildirib. 
Futbolçunun zədəsi Səudiyyə Ərəbistanı komandasının ötən həftə Çinə səfəri zamanı məlum olub. Bu səbəbdən “Əl-Nəsr”in sözügedən ölkədə keçirilməsi planlaşdırılan iki yoldaşlıq oyunu ləğv edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və ABŞ komandaları arasında oynanılacaq yoldaşlıq oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0