[b]“Ronaldo özü “Yuventus”u seçib[/b]
11.07.2018 - 14:51
[b]“Ronaldo özü “Yuventus”u seçib[/b]

“Yuventus”un baş direktoru Beppe Marotta Kriştianu Ronaldonun transferinə münasibət  bildirib. Apasport.az saytının “Goal” portalına istinadən məlumatına görə, o, Ronaldonun “qoca sinyora”nı seçdiyini deyib.

 

“Çox xoşbəxtəm. Transferin baş tutacağına inanan ilk insan Ronaldo idi. O, özü “Yuventus”u seçib. Belə bir imkanı dəyərləndirmək qərarına gəldik və səhmdarlar bizi bu mövzuda dəstəkləməyə razı oldular” – deyə o bildirib.

 

Qeyd edək ki, Ronaldonun transferi ilə bağlı ilk addım Joau Kanselunun transferindən sonra atılıb. Hər iki futbolçunun agenti Jorje Mendeşdi.

0