Ronaldo Səudiyyə Ərəbistanında mükafat alıb
02.04.2024 - 14:21
“Əl-Nəsr”in 39 yaşlı hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında ayın ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Mart ayında təcrübəli portuqaliyalı forvard iki matçda iştirak edib, 3 qol vurub.
Xatırladaq ki, Ronaldo Səudiyyə Liqasında bu mükafatı 4-cü dəfə alır.
Qeyd edək ki, çempionatın bombardirləri siyahısına başçılıq edən Kristiano bu mövsümündə 23 oyun keçirib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0