Vergidən yayınmaqda ittiham olunan “Real”ın superulduzu Kriştianu Ronaldonun problemi həllini tapmaq üzrədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı forvard İspaniyanın Vergi Xidməti ilə anlaşmağa çox yaxındı.
Belə ki, günahını boynuna alan futbolçu 18-20 milyon avroluq təzminat ödəməklə işini bitirmiş olacaq. Halbuki əvvəllər ondan 28 milyon avro tələb olunurdu. Tərəflər arasında qarşılıqlı güzəştlər də nəzərdə tutulub. Dünya çempionatının startına qədər saziş bağlanacaq.
Qeyd edək ki, Kriştianu Ronaldo 14,7 milyon avro dəyərində vergidən yayınmaqda ittiham olunur.