“Real”ın qol “silahı” Kriştianu Ronaldonun karyerasını harda davam etdirəcəyi böyük maraq doğurur. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı superulduz Madrid klubunda qala bilər.
PSJ, “Yuventus” və “Mançester Yunayted”in maraq dairəsində olan 33 yaşlı forvarda “Real” rəhbərliyi yeni müqavilə təklif edib. Əgər buna razılıq versə, illik qazancı 32,5 milyon avroya yüksəldiləcək. Bunun 25 milyonu maaş, qalanı isə bonus kimi nəzərdə tutulub.
Ronaldo bu təklifə razılıq versə belə, illik qazancı Lionel Messi (“Barselona”) və Neymardan (PSJ) aşağı olacaq.