[b]Ruslan Qurbanov "Səbail"də - RƏSMİ[/b]
11.06.2018 - 18:57
[b]Ruslan Qurbanov "Səbail"də - RƏSMİ[/b]

“Qəbələ”nin sabiq futbolçusu Ruslan Qurbanovun yeni iş yeri müəyyənləşib. 26 yaşlı futbolçu karyerasını “Səbail”də davam etdirəcək.

Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Ruslan Qurbanovla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ruslan Qurbanov daha öncə “Qəbələ”, “Sumqayıt”, “Neftçi” və “Hayduk” komandalarında çıxış edib.