[b]“Sabah” 3-cü liqa təmsilçisi ilə də bacarmadı[/b]
25.07.2018 - 21:40
[b]“Sabah” 3-cü liqa təmsilçisi ilə də bacarmadı[/b]

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, rəqib Sport Toto 2-ci liqa (səviyyəcə 3-cü liqa) təmsilçisi “Sancaktepe Belediyyespor” olub.

 

“Bolu Termal Otel”in meydançasında keçirilən görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Komandanın heyətində Elşən Abdullayev və Elgün Nəbiyev fərqlənib.

  

Qeyd edək ki, “Sabah” Bolu toplanışı çərçivəsində keçirdiyi ilk iki oyunda “Giresunspor” və “Osmanlıspor”la 1:1 hesablı heç-heçə edib.