UEFA Konfrans Liqasında mübarizəni davam etdirən “Başakşehir” klubu yarımmüdafiəçisi ilə yolları ayırıb.
Apasport.az xəbər verir ki, serbiyalı futbolçu Daniel Aleksiçin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Aleksiç Türkiyə klubunun Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “La Fiorita”ya qarşı keçirdiyi hər iki oyunda meydana sonradan daxil olub.
33 yaşlı futbolçu 2019-cu ildən bəri “Başakşehir” formasını geyinir.
Qeyd edək ki, Daniel indiyə qədər bu klubda 182 oyun keçirib, 37 qola imza atıb. 2019-2020-ci il mövsümündə o, Super Liqa çempionluğu da yaşayıb.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”