Sabiq "Mançester Yunayted"li Cənubi Koreya klubunda - Rəsmi
08.02.2024 - 11:12
Sabiq "Mançester Yunayted"li Cənubi Koreya klubunda - Rəsmi

"Mançester Yunayted"in və "Vest Hem"in sabiq hücumçusu Cessi Linqard Cənubi Koreya çempionatında özünə iş tapıb.

Apasport.az xəbər verir ki, 31 yaşlı ingilis futbolçunun yeni komandası "Seul" olub.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Cessi komandaya azad agent kimi qoşulub. O, sonuncu dəfə "Nottingem Forest"də çıxış edib.

Qeyd edək ki, Linqard İngiltərə millisində 32 oyun keçirib və 6 qol vurub. "Transfermarkt" portalının ekspertləri onun dəyərini 6 milyon avro olaraq qiymətləndirirlər.
 

0