[b]“Salahı riskə ata bilmərik” – Ektor Kuper[/b]
15.06.2018 - 19:42
[b]“Salahı riskə ata bilmərik” – Ektor Kuper[/b]

“Əlimizdə nə varsa, ondan yararlanıb yaxşı işlər görməyə çalışırıq. Hücumçularımız da var və yaxşı imkanlar əldə etdik. Doğrudu, məğlub olduq, amma daha yaxşı nəticə də qazana bilərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Misir millisinin baş məşqçisi Ektor Kuper deyib.

 

DÇ-2018-in A qrupunda yarışan Misir yığması ilk oyununda Uruqvayla qarşılaşıb. Görüş cənubi amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyundan sonra açıqlama verən təcrübəi mütəxəssis fikirlərini bölüşüb: “100 faiz əmin ola bilərsiniz ki, mümkün olan ən yaxşı heyətlə oynadıq. Ramazan ayının bizə mane olduğunu düşünmürəm. Çünki misirli oyunçular bu rejimə alışıblar. Əks hücumda oynamaq istəyirdik, bəzi anlarda dəqiqlik çatmadı. Hələ ki, bügnükü oyun barəsində düşünürük. Sabahdan Qroznıda hazırlıqlara davam edəcəyik. Rusiya qarşısında qələbə qazanmaq üçün şansımız olduğunu düşünürəm”.

 

Kuper Salahın səhhəti haqqında da danışıb: “Salahın növbəti matçda tam formada meydanda olacağını düşünürəm. Son qərarı sağlıq komitəsi ilə birilikdə verəcəyik, əgər zədəsi mane olacaqsa, Salahı riskə ata bilmərik”.